×

Tekstil

Sadəcə promo məhsul olaraq deyil, həm də komanda ruhunun yaradılmasında önəmli olan ümumiləşdirici məhsullar – tekstil məhsullarıdır. Hər bir əməkdaşın fərdiliyi və fərqliliyini qorumaqla yanaşı kiçik ümumiləşdirici aksessuar həm əməkdaşların vahid komanda olma hissini artırır, həm də müştərilərə ünsiyyətdə təşkilatınızın vahid yanaşma prinsiplərini açıq aydın göstərə bilir. 

Çeşid: 
- Avropa və Türkiyə stoklarından geniş çeşiddə tekstil məhsullarının ekspress təminatı
- Korporativ üsluba uyğun polyester, ipək, toxuma qalstuk və yaylıqlar
- İstər gündəlik istərsə də formal üslubda korporativ geyim dəstləri
- Fərqli ölçüdə bayraq, vımpel istehsalı və quraşdırılması
- Fərqli mövsümlər üçün fərqli çeşidlərin təklif olunması
- Yay mövsümü üçün t-shirt və polo köynəklər
- Payız və qış mövsümü üçün fleece üst geyimləri
- Özəl polyester və digər materiallardan istehsal olunmuş qış üst geyimlərinin özəl seçimi
- İşçi geyimləri və uniforma istehsalı
- Böyük həcmli sifarişlərin Türkiyə və Banqladeş fabriklərində yüksək keyfiyyətlə istehsalı
- Kiçik və orta ölçülü sifarişlərin Azərbaycanda tikişi və brendləşdirilməsi
- Loqolu corablar, Beysbol və qış papaqları, 
- Pambıq və kətan çantalar, 
- Rükzak və sənəd çantaları, Digər tekstil məhsullarının istehsalı. 
 

Məhsullar - qalereya