×

Şirkətimiz

Azimut Təchizat MMC şirkəti fəaliyyətinə 2019-cu ildən başlamışdır. İlk öncə ofis ləvazimatlarının təchizatı, mətbəə-çap-promo məhsulların istehsalı xidmətləri ilə fəaliyyətə başlayan şirkətimiz hazırda qeyd olunan sahələr və həmçinin müxtəlif bizneslər üçün İT məhsul və həlləri də təklif edir. 

Əməkdaşlarımızın böyük təcrübəsi və kompetensiyası, müştəri və tərəfdaşlarımız arasında yüksək etibar sayəsində şirkətimiz çalışdığı hər bir sahədə sürətlə inkişaf edir və hazırda fəaliyyət göstərdiyimiz bir çox sahədə Azərbaycanın lider təchizatçılarından birinə çevrilmişdir.  

Sadəcə yerli istehsal deyil, Yeni Zellandiyadan Kanadaya qədər geniş coğrafiyada təklif olunan ən yeni və faydalı məhsulları idxal etməklə missiyamıza uyğun regionda fəaliyyət göstərən bizneslərə güc və yeni imkanlar qatmağa davam edirik. 

İstər biznesinizin təchizatı, istər yeni həllər üçün bizə müraciətiniz yetər ki, geniş imkanlar və təcrfübəmizdən işinizin inkişafı üçün faydalanasınız. Biz isə öz növbəmizdə komanda olaraq hər an biznesinizə, markanıza güc qatmağa şad olarıq!